ABŞ rədd etdi - İran yalan danışır



 16:54 14.03.2023     315

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın “ABŞ ilə əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlmişik” açıqlaması həqiqətə uyğun deyil”.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “Associated Press”ə açıqlamasında belə deyib. O İranın xarici işlər nazirinin açıqlamasının yalan olduğunu ifadə edib. “Biz İranda haqsız yerə həbs edilən 3 amerikalının azadlığa çıxması üçün var gücümüzlə çalışırıq. Bu insanlar sevdiklərinə qovuşana qədər dayanmayacağıq” - Dövlət Departamentinin sözçüsü deyib.

Qeyd edək ki, Abdullahiyan, "Bu yaxınlarda razılığa gəldik və ABŞ tərəfində hər şey yaxşı olarsa, düşünürəm ki, qısa müddətdə məhbus mübadiləsinə şahid olacağıq" deyə açıqlamışdı.

Bahadur Seyidov