Çernobılda yaşayan 300 itin sirri! - Aşkar edilərsə, xərçəng müalicəsini dəyişə bilər



 19:29 14.03.2023     917

Təqvimlər 1986-cı il aprelin 26-nı göstərəndə Sovet İttifaqının ən böyük respublikalarından biri olan Ukrayna SSR-in paytaxtı Kiyev yaxınlığında yerləşən Pripyat şəhərinin tənha hissəsində təhlükəli eksperimentə hazırlıq gedirdi.

Çernobıl Atom Elektrik Stansiyasında çalışan işçilər 4 nömrəli reaktorda elektrik dayaq blokunu söndürərək turbinlərin dayaq sistemləri sıradan çıxdıqda onların özbaşına nə qədər müddət işləyəcəyini müəyyən etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə testin rəvan keçməsini təmin etmək üçün elektrik dayaq bloku ilə yanaşı bir sıra təhlükəsizlik sistemləri, o cümlədən avtomatik bağlama sistemi sıradan çıxarılıb. Xüsusən də bu andan sonra baş verəcəklər bir-bir tarixə yazılacaq.

Sınaq başlandıqdan sonra gecə saat 01:00-da reaktora gedən soyuducu suyun axını azalmağa başlayıb və bu, reaktorun istiləşməsinə səbəb olub. Güc artımı təhlükəli həddə çatdıqda çox gec idi və səhər saat 01:23-də səlahiyyətli şəxslər reaktoru dayandırmaq üçün hərəkətə keçdilər. Ardıcıl buraxılışlar reaktorda həddindən artıq güc artımına səbəb oldu və baş verən reaksiyalardan sonra şiddətli partlayış baş verdi. Nüvədəki qoruyucu örtük yox olmuşdu və atomun gücü nəzarətsiz şəkildə üzə çıxdı. Fəlakət əslində yeni başlamışdı.

Partlayışdan sonra ortaya çıxan radiasiya çox geniş bir sahədə təsirli olub. Yüksək dərəcədə nüvə partlayışı, ilk növbədə Pripyat, Avropa, Qara dəniz və Türkiyə də daxil olmaqla geniş coğrafiyaya yayılmışdır. Dünya ictimaiyyətinin hələ də qəzadan xəbəri olmadığı halda, hətta İsveçdə aparılan ölçmələrdə radiasiyanın artması müşahidə edilib.

Elektrik stansiyasında baş verən yanğını söndürmək və reaktoru nəzarətə götürmək üçün gələcəkdə başlarına nə gələcəyindən xəbərsiz minlərlə insan işlərdə iştirak edib. 1986-cı ildən 2000-ci ilə qədər Belarus, Rusiya və Ukraynada çox çirklənmiş ərazilərdən ümumilikdə 350,4 min insan təxliyə edilib. Tamamilə boşaldılan Pripyat şəhəri isə apokaliptik filmlərdə olduğu kimi xəyal şəhərə çevrilib.

Minlərlə insan, xüsusən də tədqiqatlarda iştirak edən işçilər, həddindən artıq radiasiyaya məruz qaldıqları üçün həyatlarının sonuna qədər bir çox sağlamlıq problemlərindən əziyyət çəkdilər və ya öldülər. Radioaktiv çirklənmənin daha geniş ərazilərə yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində minlərlə kvadrat kilometr ərazi qadağan zonaya çevrilib. Bu sahədə görülən tədbirlərdən biri də insanlar getdikdən sonra baxımsız qalan heyvanların öldürülməsi olub. Lakin illər sonra aparılan bir araşdırma bu metodun “sağlam” şəkildə tətbiq edilmədiyini ortaya qoydu.

Qəzadan dərhal sonra ərazidə yerləşdirilən əsgərlərə radiasiya və mutasiyanın yayılmasının qarşısını almaq üçün bütün sahibsiz heyvanları öldürmək tapşırılıb. Ancaq bu əmr tam yerinə yetirilmədi və bir çox heyvan sağ qalmağı bacardı. Lakin bölgənin humanistləşdirilməsindən sonra ərazidə bir çox canlılar, xüsusən də sahibsiz itlər məskunlaşıb.

2017-ci ildə edilən bir araşdırma, sahibsiz itlərin radiasiyadan necə təsirləndiyini və uzunmüddətli mutasiyaların nəsillər boyu sağlamlığa təsirlərini ortaya qoydu. İndiyə qədər əldə edilən məlumatlar olduqca diqqətəlayiqdir.

ABŞ-ın Cənubi Karolina Universitetinin tədqiqatçıları itlərin planetin ən radioaktiv mühitlərindən birində sağ qalmaq üçün necə uyğunlaşdıqlarını müəyyən etməyə çalışırlar. Tədqiqatçılar radiasiyaya uzunmüddətli məruz qalmanın canlıların DNT-sinə və sağlamlığına təsirini daha yaxşı başa düşməyə çalışırlar.

Çernobıl İt Araşdırma Təşəbbüsünün 2017-2019-cu illər arasında apardığı araşdırmalar çərçivəsində Çernobıl ətrafındakı ərazidə yaşayan 300 itdən alınan qan nümunələri araşdırılıb və onların DNT-sindəki dəyişiklik müqayisə edilib.

Cənubi Kaliforniya Universitetinin Biologiya Elmləri Departamentinin professoru Tim Mousseau, tədqiqatçıların itlərdə və digər heyvanlarda gördükləri təsirlərin Yaponiyaya atılan atom bombalarından sağ qalanlarda müşahidə edilən təsirlərlə paralel olduğunu söylədi. Köpəklərdə katarakta nisbətlərinin artdığını əsas gətirən Mousseau, "Gözlər ionlaşdırıcı şüaya xroniki məruz qalma əlamətlərini göstərən ilk toxumalardır" deyərək, şüalanmanın canlılar üzərində yaratdığı dəyişikliklərə diqqət çəkdi.

Araşdırmada iştirak edən genetik Elaine Ostrander, Çernobıldakı itlərin uzun müddət həddindən artıq radiasiyaya məruz qalmalarına baxmayaraq necə sağ qaldıqlarını anlamanın xərçəng müalicəsində yeniliklərə səbəb olacağını söyləyib:

"Bu itlər nəsildən-nəslə sağ qalırlar. Onlar çoxalma da daxil olmaqla, bütün bədən funksiyalarını yerinə yetirirlər. Bu canlılar radiasiyaya necə qalib gələ biliblər? Bu sualın cavabını tapmaq bizim üçün çox vacibdir. Biz buna çox əhəmiyyət veririk".

Aysun / Demedia.az