Rusiya ordusu Baxmut şəhərini ələ keçirmək cəhdlərini davam etdirir



 14:48 15.03.2023     324

Rusiya ordusu Baxmut şəhərini ələ keçirmək cəhdlərini davam etdirir.

Demedia.az xəbər verir ki, Ukrayna Baş Qərargahı belə açıqlama verib. Bildirilib ki, Rusiya ordusu əsas səylərini Liman, Baxmut, Avdiyivka, Marinka və Şahtersk istiqamətlərindəki hücumlara cəmləşdirib. Məlumata görə, Baxmut şəhəri istiqamətlərindəki Minkivka və Orihovo-Vasilyivka yaşayış məntəqələrində rusların hücumları dəf edilib. Həmçinin, Rusiya qüvvələri Donetsk vilayətinin Slovyansk şəhərinin infrastrukturuna raket hücumları həyata keçirib.

Açıqlamada deyilir ki, Donetsk vilayətinin Bohdanivka, Çasov Yar, Kurdyumivka, Drujba şəhərləri də hücumlara məruz qalıb.

Bahadur Seyidov