ABŞ və Filippin orduları təlimlərə başladı



 15:19 15.03.2023     373

ABŞ və Filippin orduları Palayan şəhərində "Salaknib" adlı təlimlərə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Filippin mənbələri məlumat yayıb. Məlumata görə, təlimlərin açılış mərasiminə Filippin ordusunun komandanı general Romeo Brauner və ABŞ ordusunun komandanı general Xavier Brunsonun da qatılıb. Təlimlərdə 1000-dən çox Filippin əsgəri və 3000-dən çox ABŞ əsgəri iştirak edir.Təlim haqqında məlumat verən general Brauner bildirib ki, təlimin məqsədi Filippin və ABŞ əsgərlərinin hava və sahil müdafiə imkanlarını artırmaq və müxtəlif hərbi əməliyyatlarda iki ordu arasında əməkdaşlığı gücləndirməkdir. Bildirilib ki, 2016-cı ildən etibarən "Salaknib" təlimləri hər il keçirilir.

Qeyd edək ki, Filippin Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində ABŞ-a ölkədəki daha 4 bazaya giriş icazəsi verib.

Bahadur Seyidov