Hindistan 2018-2022-ci illərdə dünyanın ən böyük silah idxalçısı oldu



 16:12 15.03.2023     437

Hindistan 2018-2022-ci illərdə dünyanın ən böyük silah idxalçısı olub.

Demedia.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun qlobal silah transferlərinə dair hesabatında deyilir. Bildirilib ki, 2018-2022-ci illərdə Hindistan ən çox Rusiyadan silah alıb. Fransa isə həmin dövrdə Hindistana ən çox silah tədarük edən ikinci ölkə olub. Hindistana silah ixracında Rusiyanın payının 45 faiz, Fransanın 29, ABŞ-ın isə 11 faiz olduğu qeyd edilib. Hesabatda qeyd edilir ki, 2018-2022-ci illərdə qlobal silah idxalına görə Hindistandan sonrakı sıralarda Səudiyyə Ərəbistanı, Qətər, Avstraliya və Çinin qərarlaşıb.

Silah idxalına görə, Ukrayna 2022-ci ilin göstəricilərinə görə dünyada 3-cü ölkə olub.

Bahadur Seyidov