İspaniyada rekord inflyasiya



 15:49 15.03.2023     295

İspaniyada yanvarın 1-dən etibarən əsas ərzaq məhsulları üzrə ƏDV-nin endirilməsinə  baxmayaraq, fevral ayında ərzaq məhsullarının qiyməti 16,6 faiz artıb.

Demedia.az xəbər verir ki, bu barədə İspaniya Milli Statistika İnstitutu məlumat yayıb. Bildirilir ki, bu artım rekord sayılır. Məlumata görə, fevral ayında illik inflyasiya yüzdə 6 faiz olub. Ərzaq qiymətləri üzrə artım isə 16,6 faiz olub. Ölkədə İstehlak Qiymətləri İndeksi fevral ayında əvvəlki ayla müqayisədə 0,9 faiz artıb.

Qeyd edək ki, hökumət əhalinin yüksək inflyasiyadan az təsirlənməsini təmin etmək üçün yanvarın 1-dən əsas ərzaq məhsulları üzrə ƏDV-nin azaldılmasına qərar verib.

Bahadur Seyidov