ABŞ Rusiyanın Vaşinqtondakı səfirini Xarici İşlər Nazirliyinə çağırdı



 16:50 15.03.2023     681

ABŞ Rusiyanın Vaşinqtondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, buna səbəb Qara dənizdə ABŞ-a məxsus PUA-nın Rusiya döyüş təyyarəsi tərəfindən düşürülməsidir. ABŞ tərəfi iddia edir ki, PUA Rusiya təyyarəsi tərəfindən bilərəkdən hədəfə alınıb. Bildirilib ki, Rusiyaya məxsus iki döyüş təyyarəsi Qara dəniz üzərində ABŞ ordusunun pilotsuz uçan aparatına müdaxilə edib. PUA təyyarələrdən birinin pərvanəsinə çırpılaraq beynəlxalq sulara düşüb.

İddia edilir ki, toqquşmadan əvvəl Rusiyanın döyüş təyyarəsi PUA-ya yanacaq səpərək onun qarşısında uçub. Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Rusiya təyyarələri silahlarından istifadə etməyib və PUA ilə əlaqə qurulmayıb.

Bahadur Seyidov