Səudiyyə Ərəbistanı Türkiyə və Suriyaya 16-cı yardım təyyarəsini göndərdi



 17:12 15.03.2023     1134

Səudiyyə Ərəbistanı Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlərə dəstək üçün Türkiyə və Suriyaya 16-cı yardım təyyarəsini göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb. Bildirilir ki, 86 ton humanitar yardım daşıyan 16-cı təyyarə Qaziantepə uçmaq üçün Ər-Riyadın Kral Xalid beynəlxalq hava limanından havaya qalxıb.

Təyyarədə 1700 çadır, 10800 qış yardımı paketi, 2520 yataq dəsti və 1800 ədyaldan ibarət 86 ton humanitar yardımın olduğu bildirilib. Bildirilib ki, sözügedən yardımlar Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişləri əsasında humanitar yardım üçün yaradılan hava dəhlizi vasitəsilə Suriya və Türkiyəyə göndərilib.

Bahadur Seyidov