Astronavtlara 3 ton yük göndərilib



 17:45 15.03.2023     1561

ABŞ-ın SpaceX şirkətinə məxsus “Dragon” adlı yük aparatı 27-ci missiyasını yerinə yetirmək üçün kosmosa buraxılıb.

Demedia.az xəbər verir ki, kapsul Floridadakı bazadan havaya buraxılıb. Məlumata görə, “Dragon” Beynəlxalq Kosmik Stansiyasına yük daşıyır. Bildirilir ki, “Dragon” kapsulunu kosmosa Falcon 9 raketi daşıyıb. Raketin buraxılması NASA-nın saytında canlı yayımlanıb.

Bildirilir ki, kapsulda təcrübə və avadanlıq materialları, həmçinin astronavtların qida ehtiyaclarını təmin edəcək ümumilikdə 3 ton yük var.

Bahadur Seyidov