Seneqalda minlərlə insan müxalifət liderinə dəstək mitinqi keçirdi



 17:29 15.03.2023     312

Seneqalda minlərlə insan müxalifət lideri Ousmane Sonkonu dəstəkləmək üçün nümayiş təşkil edib.

Demedia.az xəbər verir ki, paytaxt Dakarda toplaşan 5 min nəfər prezident seçkilərində namizəd olduğunu açıqlayan Sonkoya dəstəklərini bildiriblər. Əllərində Sonkonun fotoşəkillərini və Seneqal bayraqlarını daşıyan nümayişçilər hazırkı prezident Macky Sallın üçüncü müddətə mümkün namizədliyinə qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, ardıcıl iki müddət prezident seçilən Sallın üçüncü müddətə namizəd olub-olmayacağı maraq doğurur. Konstitusiyaya görə, prezident ardıcıl iki dəfə prezident seçilə bilər.

Bahadur Seyidov