Məşhur aktyor pərəstişkarından evlilik təklifi aldı: Nə arzuladığına diqqət et



 22:14 15.03.2023     523

Alman alimləri göbələkləri öldürən kimyəvi maddəyə Kianu Rivzin adına qoyublar.

Demedia.az xəbər verir ki, Leibniz İnstitutunun Bio Pilot Facility-də yeni kəşf edilən kimyəvi maddənin adı 'Keanumisin' idi. Tədqiqatçılar 58 yaşlı kanadalı aktyorun 'The Matrix' və 'John Wick' seriallarındakı döyüş bacarıqlarını ifadə etmək üçün bu adı üstün tutduqlarını bildiriblər.

DailyMaildə yer alan xəbərə görə, yaxın günlərdə yayımlanacaq 'John Wick: Chapter 4' üçün geri sayan dünya şöhrətli aktyor, adının bu şəkildə hallanmasının çox gözəl olduğunu bildirib.

Keanu Reeves pərəstişkarları ilə 'Mənə hər şeyi soruş' adlı sual-cavabda bir araya gəlib. Ondan soruşublar ki, Keanu, Almaniyadan olan tədqiqatçılar göbələkləri öldürməkdə çox təsirli olan bir bakteriya növü tərəfindən təbii olaraq istehsal olunan kimyəvi maddə tapdılar və onu sizin adınıza adlandırdılar. Bu barədə nə düşünürsünüz? 

Reeves belə cavab verib:

Onlar bu kimyəvi maddəni 'John Wick' adlandırmalı idilər, amma mənim üçün olduqca sərin və sürrealdır. Təşəkkürlər alimlər! Bizə kömək etdiyiniz üçün təşəkkür edirik və uğurlar.

"Lipopeptidlər göbələkləri o qədər təsirli şəkildə öldürür ki, biz onlara Keanu Rivzin adını verməyi məqsədəuyğun hesab etdik, çünki o, oynadığı rollarda da son dərəcə ölümcüldür" deyib tədqiqat qrupunun rəhbəri Sebastian Götze.

58 yaşlı Rivz bu yaxınlarda "John Wick: Chapter 4" üçün başqa bir sual-cavabda iştirak etdi. Variety xəbərinə görə; Pərəstişkarlarına Con Uik obrazının qol saatını və nikah üzüyünü hədiyyə olaraq saxladığını deyən məşhur ad maraqlı hadisə yaşayıb.

Kanadalı aktyorun pərəstişkarlarından biri "Səninlə evlənəcəm!" Rivzə səslənib. Keanu isə gülməli cavab verib: "Nə arzuladığına diqqət et".

Aysun / Demedia.az