Fransada pensiya islahatının ən mübahisəli maddəsi qəbul edildi
Fransada senatorlar və deputatlardan ibarət Müştərək Komissiya kütləvi etirazlara səbəb olan pensiya islahatının ən mübahisəli maddəsini qəbul edib.
Demedia.az xəbər verir ki, maddə pensiya yaşının tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Fransa mətbuatının məlumatına görə, 7 senator və 7 deputatdan ibarət Müştərək Komissiya pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin 7-ci maddəsinə müzakirələrdən sonra razılıq verib. Lakin komissiya üzvləri arasında fikir ayrılığı olub.
Danışıqlar ictimaiyyətə qapalı keçirilib. Komissiya üzvlərindən biri olan Mathilde Panot qanunun qəbulunun utancverici olduğunu ifadə edib.
Bahadur Seyidov