Sergey Şoyqu və Lloyd Ostin arasında telefon danışığı həyata keçirildi



 11:41 16.03.2023     317

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı həyata keçirilib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. “2023-cü il martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının müdafiə naziri general Sergey Şoyqu və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışıqları aparılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Qara dəniz üzərində ABŞ PUA-sı düşüb. ABŞ iddia edir ki, PUA-nın düşməsinə Rusiya döyüş təyyarəsinin müdaxiləsi səbəb olub. Rusiya isə iddiaları rədd edir.

Bahadur Seyidov