NATO təyyarələri Rusiya təyyarəsinə mane oldu



 12:22 16.03.2023     311

Böyük Britaniyanın və Almaniyanın döyüş təyyarələri Estoniya hava məkanına yaxınlaşan Rusiyaya məxsus yanacaq dolduran təyyarəyə və hərbi nəqliyyat təyyarəsinə mane olub.

Demedia.az xəbər verir ki, bu barədə Britaniya Kral Hərbi Hava Qüvvələrindən açıqlama verilib. Bildirilib ki, Rusiyanın "İlyuşin İl-78 Midas" təyyarəsi Rusiyanın Baltik dənizi sahilindəki Kalininqrad şəhərindən Sankt-Peterburq şəhərinə uçarkən Estoniyanın hava nəqliyyatı idarəsi ilə əlaqəni kəsib. Bundan sonra NATO missiyası çərçivəsində Estoniyada olan Britaniya və Almaniyaya məxsus iki döyüş təyyarəsi Estoniya hava məkanına doğru irəliləyən Rusiya təyyarəsinə mane olub.

Xəbərdarlıqdan sonra Rusiya təyyarəsi sərhəddən uzaqlaşıb.

Bahadur Seyidov