ABŞ-ın B-52 bombardmançı təyyarəsi Səudiyyə Ərəbistanı üzərində



 16:00 16.03.2023     311

ABŞ-ın B-52 uzaqmənzilli strateji bombardmançı təyyarəsi iki ölkənin hava qüvvələrinin birgə araşdırması fəaliyyəti çərçivəsində Səudiyyə Ərəbistanının hava məkanında uçub.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi tvitter hesabında xəbər yayıb. Məlumata görə, B-52 bombardmançısı ölkənin hava məkanından keçərkən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus iki F-15SA qırıcısı onu müşayiət edib.

Qeyd edilib ki, iki ölkənin hava qüvvələrinin birgə fəaliyyətinin məqsədi bölgənin sabitliyi və təhlükəsizliyinin gücləndirilməsi səylərinə töhfə verməkdir.

Bahadur Seyidov