Cənubi Koreya iki raketi sınaqdan keçirdi



 14:40 16.03.2023     331

Cənubi Koreya ilə ABŞ ordularının birgə təlimləri zamanı Seul yer-yer tipli iki raketi sınaqdan keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi xəbər yayımlayıb. Bildirilib ki, Cənubi Hvanqhae bölgəsindən atılan iki orta mənzilli raket Şimali Hamghyong bölgəsindəki hədəfi vurub. Məsələyə münasibət bildirən Şimali Koreyanın hərbi dairələri “Ordumuz partiyanın inqilabi siyasətinə sadiq qalaraq istənilən vəzifəni yerinə yetirməyə qadirdir” deyə açıqlama verib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ orduları “Azadlıq Qalxanı” adlı təlimlər keçirir. Cənubi Koreyanın təlimlə bağlı bəyanatında deyilir: "Bu, Cənubi Koreyanı Pxenyanın mümkün təcavüzə qarşı müdafiə etmək üçün nəzərdə tutulmuş birgə əməliyyat planına əsaslanan təlimdir".

Bahadur Seyidov