Malavidə “Freddi” qasırğası nəticəsində azı 216 nəfər öldü



 15:19 16.03.2023     311

Malavidə “Freddi” qasırğası nəticəsində azı 216 nəfər ölüb, 707 nəfər yaralanıb.

Demedia.az xəbər verir ki, Malavi prezidenti Lazarus Çakvera təbii fəlakət bölgəsinə səfəri zamanı fəsadlarla bağlı məlumat verib. O bildirib ki, qasırğası nəticəsində 41 nəfər itkin düşüb. Ölkənin cənubunda 70 mindən çox insanın evlərini tərk etdiyi  bildirən Çakvera, beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb. "Biz fəlakətdən zərər çəkmiş ərazilər üçün yardım fondları və resurslar ayırmışıq, lakin bunlar kifayət deyil, bizim daha çox köməyə ehtiyacımız var", - Çakvera bildirib.

Qeyd edək ki, qasırğa səbəbindən həmçinin Madaqaskarda təxminən 226 min, Mozambikdə isə 163 min nəfər zərər çəkib.

Bahadur Seyidov