“Nüvə dövlətləri arasında münaqişəyə səbəb ola biləcək hər hansı hadisə ciddi risklər yaradır”



 16:21 16.03.2023     313

“Nüvə dövlətləri arasında münaqişəyə səbəb ola biləcək hər hansı hadisə ciddi risklər yaradır”.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bildirib. O, “Rossiya 24” telekanalına müsahibəsində Qara dənizdə Rusiya sərhədlərinə yaxın bölgəyə düşən ABŞ pilotsuz təyyarəsi ilə bağlı insidenti şərh edib.

“Qlobal təhlükəsizlik baxımından dünyanın iki ən böyük nüvə dövləti arasında münaqişəyə səbəb ola biləcək hər hansı hadisə həmişə çox ciddi risklər daşıyır. Onlar (ABŞ) bunu başa düşə bilməzlər dedi” - Lavrov deyib.

Bahadur Seyidov