Rusiya ABŞ PUA-sının qalıqlarını çıxarmağa çalışır



 17:21 16.03.2023     295

 “Moskva Qara dənizə düşən ABŞ-a məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının qalıqlarını tapıb çıxarmaq üçün texnoloji imkanlara malikdir”.

Demedia.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin  direktoru Sergey Narışkin “Rossiya 1” televiziyasına açıqlamasında belə bildirib. O Rusiyanın insidentlə əlaqəsinin olmadığını irəli sürüb. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bildirib ki, Moskva Qara dənizə düşən ABŞ PUA-sının qalıqlarını tapmağa çalışacaq.

“Onu çıxara bilib-bilməcəyimizi bilmirəm, amma bunu etməliyik və mütləq edəcəyik”, - deyə o bildirib.

Bahadur Seyidov