Türkiyədə ŞOK GÖRÜNTÜ: Bir anda məhv oldu



 19:29 16.03.2023     433

Selin vurduğu Türkiyənin Şanlıurfa bölgəsində sel sularının az qala udduğu Hilvan - Bozova yolu mobil telefonla görüntülənib.

Demedia.az xəbər verir ki, Şanlıurfanın Hilvan və Bozova rayonlarını birləşdirən və Ördək kəndindən keçən çayın daşması zamanı sular magistral yolu məhv edib.

Daşqın sularına görə kağız kimi dağılan magistralın qırılan hissəsi saniyələr ərzində suyun içində itib.

Fəlakətin miqyasını ortaya qoyan həmin anlar mobil telefonla lentə alınıb.

Həmin dəhşətli görüntüləri təqdim edirik:

Aysun / Demedia.az