Qara dəniz qəhvəyi rəngdə... - VİDEO



 23:48 16.03.2023     446

Yağışların təsirli olduğu Türkiyənin Samsun bölgəsində çayların Qara dənizə töküldüyü nöqtələr qəhvəyi rəngə çevrilib.

Demedia.az xəbər verir ki, Samsunda son iki gündə kvadrat metrə təxminən 100 kilo yağıntı düşüb.

Yağıntılar sahilə yaxın ərazilərdə yağış, yüksək hissələrdə isə qar şəklində təsirli olub. Əriyən qar suları və yağış səbəbindən axını sürəti artan dərələr palçıq rəngini alıb. Palçıqlı çaylar Qara dənizin mavi rənginin qəhvəyi rəngə çevrilməsinə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Aysun / Demedia.az