Britaniya da tiktoka qadağa qoydu



 12:21 17.03.2023     302

Böyük Britaniya təhlükəsizliklə bağlı narahatlıqlara görə tiktok proqramının nazirlər və hökumət rəsmiləri tərəfindən istifadə edilən telefonlarda istifadəsini qadağan edib.

Demedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti Ofisinin naziri Oliver Dovden deyib. O bildirib ki, hökumətə dair məlumatların tiktok tərəfindən istifadə ediləcəyinə dair təhlükələr var.

Qeyd edək ki, bir sıra Qərb ölkələri hökumət nümayəndələrinə tiktokdan istifadəni qadağan edib. Avropa İttifaqı da işçilərinə tiktok proqramını rəsmi telefonlardan silməyi tələb etmişdi. Çin hökuməti isə tiktok proqramı vasitəsilə məlumatların ələ keçirilə biləcəyi barədə iddiaları rədd edir.

Bahadur Seyidov