Pakistan nüvə proqramında güzəştə getməyəcək



 13:07 17.03.2023     323

“Pakistan Beynəlxalq Valyuta Fondu ilə razılığa gəlmək üçün uzaqmənzilli nüvə raket proqramında güzəştə getməyəcək”.

Demedia.az xəbər verir ki, Pakistanın gəlir və maliyyə naziri İshaq Dar belə deyib. O xarici ölkə səfirlərinin də iştirak etdiyi senatdakı çıxışı zamanı bildirib ki, heç kim Pakistana raketlərin məsafəsi ilə bağlı məsələdə diqtə edə bilməz. Nazirin sözlərinə görə, Pakistanın özünün çəkindirici hərbi qüvvəsi olmalıdır. Həmçinin, Baş nazir Şahbaz Şərif də məsələ ilə bağlı yazılı açıqlama verib. O qeyd edib ki, Pakistanın nüvə və raket proqramı ilə bağlı aldadıcı fərziyyələrin irəli sürülməsi təəssüf doğuru.

Qeyd edək ki,  Pakistanın bəzi rəsmiləri bildirib ki, adı açıqlanmayan bir Qərb ölkəsi İslamabaddan nüvə raket proqramından imtina etməyi tələb edir.

Bahadur Seyidov