“Hazırda əldə ediləcək atəşkəs Rusiyanın Ukraynanı fəth etdiyini təsdiq edəcək” - Ağ Ev



 14:25 17.03.2023     328

“Hazırda əldə ediləcək atəşkəs Rusiyanın Ukraynanı fəth etdiyini təsdiq edəcək”.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə açıqlama verib. O bildirib ki, ABŞ Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin sədri Si Cinpinq arasında mümkün telefon danışığını dəstəkləyir. Kirbinin sözlərinə görə, Çinin təklif etdiyi 12 bəndlik sülh planının həyata keçirilməsi Rusiyanın Ukrayna torpaqlarını işğal etməsi anlamına gələ bilər.

“Bu atəşkəs ağlabatan və yaxşı bir şey kimi səslənsə də, atəşkəs Rusiyanın Ukraynanı fəth etdiyini təsdiq edər. Çinin təklif etdiyi atəşkəs Rusiyanın Ukraynada ələ keçirdiyi əraziləri qanuniləşdirəcək. Belə razılaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini də pozacaq” - deyə Kirbi bildirib.

Bahadur Seyidov