Rusiya ABŞ-a müraciət etdi



 14:50 17.03.2023     336

Rusiya ötən il “Şimal axını 1” və “Şimal axını 2” təbii qaz boru kəmərlərində baş vermiş partlayışlara aydınlıq gətirməsi üçün ABŞ-a müraciət edib”.

Demedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə deyib. ““Rusiya tərəfi “Şimal axını” xəttində baş verən partlayışlara aydınlıq gətirmək üçün ABŞ-a müraciət edibmi?” sualına Zaxarova belə cavab verib:"Biz bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verdik və bu barədə ABŞ nümayəndələri ilə danışdıq. Ona görə də cavabımız bəllidir. Biz əvvəl də bildirdiyimiz kimi, ABŞ-dan partlayışlara aydınlıq gətirməsini və istintaq prosesinə mane olmamasını tələb etmişik”.

Qeyd edək ki, “Şimal axını” boru xəttlərindəki partlayışa görə, ABŞ və Rusiya bir-birilərini ittiham edir.

Bahadur Seyidov