ABŞ avtoritar rejimlərin təzyiqlərinə qarşı Hind-Sakit okeanı regionuna dəstək verəcək
“ABŞ avtoritar rejimlərin təzyiqlərinə qarşı Hind-Sakit okeanı regionuna dəstək vermək üçün lazımi addımları atacaq”.
Demedia.az xəbər verir ki, ABŞ-ın Hind-Sakit Okean Qüvvələrinin komandanı admiral Con Aquilino belə deyib. O, Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdəki çıxışında bildirib ki, ABŞ Çinə təzyiq etmək və ya Hind-Sakit Okean bölgəsində gərginliyi artırmağı istəmir. Lakin, ABŞ avtoritar rejimlərin təzyiqlərinə səssiz qalmayacaq: "Revizionist qüvvələr mövcud nizamı öz xeyrinə və başqalarının zərərinə pozmaq istəyirlər. Onlar öz məqsədlərinə çatmaq üçün təzyiq, hədə-qorxudan istifadə edir və öz hərəkətlərini "güclüdür haqlıdır" nəzəriyyəsi ilə əsaslandırırlar.
Onlar öz heç bir əsas olmadan qanunsuz ərazi iddiaları ilə çıxış edirlər. Revizionist qüvvələr rəsmi razılaşmaları pozur və beynəlxalq hüquq qaydalarına məhəl qoymur”.
Bahadur Seyidov