Polşa Ukraynaya döyüş təyyarələri verir
“Polşa Ukraynaya yaxın günlərdə Sovet istehsalı olan 4 ədəd MiQ-29 döyüş təyyarəsi göndərəcək”.
Demedia.az xəbər verir ki, Polşa prezidenti Anjey Duda belə açıqlama verib. O bildirib ki, Polşa Ukraynaya onlarla MiQ-29 döyüş təyyarəsi tədarük etmək istəyir. Dudanın sözlərinə görə, Polşa Ukraynanın təcili döyüş təyyarələrinə olan tələbatını ödəyən ilk NATO üzvü olacaq. Duda bəyan edib ki, Sovet istehsalı olan döyüş təyyarələrindən 4-ü yaxın günlərdə, digərləri isə yoxlanıldıqdan sonra Ukraynaya təhvil veriləcək.
Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarələrindən istifadə təcrübəsi var. Polşada 28 MiQ-29 təyyarəsinin olduğu bildirilir.
Bahadur Seyidov