Ukraynadan NATO-ya çağırış



 16:12 17.03.2023     397

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk NATO üzvü olan ölkələri Ukraynaya qırıcı təyyarələrin tədarükü üçün səylərini artırmağa çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından açıqlama verilib. Məlumata görə, Oleşçuk NATO-ya üzv ölkələrin hava qüvvələrinin nümayəndələrinin iclasında onlayn iştirak edib. Cəbhədəki vəziyyətlə bağlı məlumat verən Oleşçuk bildirib ki, Ukraynanın hava hücumundan müdafiəsi gücləndirilməlidir.

“Ukrayna Hərbi Hava Qüvvələrini dövlətimizi Rusiyanın hava hücumlarından effektiv şəkildə qoruya bilən müasir dördüncü nəsil çoxməqsədli döyüş təyyarələri ilə təmin etmək üçün səylərinizi artırmağınızı xahiş edirəm” - deyə Oleşçuk çağırış edib.

Bahadur Seyidov