Yeni Zelandiyada on minlərlə müəllim tətil keçirir



 16:49 17.03.2023     519

Yeni Zelandiyada on minlərlə müəllim daha yaxşı maaş və iş şəraiti tələbi ilə tətil keçirir.

Demedia.az xəbər verir ki, ibtidai məktəblərdən sonra Müəllimlər Assosiasiyasının və Yeni Zelandiya Təhsil İnstitutunun 50000 üzvü hökumətin kollektiv sövdələşmə təklifini rədd edib. Onlar daha çox məvacib və yaxşı iş şərtləri tələb edirlər. Tətillər səbəbindən məktəblər və uşaq bağçaları bağlanıb.Yeni Zelandiyanın təhsil naziri Jan Tinetti vəziyyətin bu həddə çatmasından məyus olduğunu və problemin həllinə çalışdıqlarını bildirib.

"Hal-hazırda sizin olduğunuz yerdə dayandım və etiraz etdim. Mən də müəllim və direktor olmuşam. Buna görə də sizin etdiklərinizi qiymətləndirirəm. Səmimiyyətlə deyirəm ki, bu ölkənin uşaqları üçün şərtlərinizi müdafiə edin. Əməyinizə görə sizə böyük təşəkkür etmək istəyirəm” - Tinetti etirazçılara müraciətində qeyd edib.

Bahadur Seyidov