Ailənizdə südvəzi xərçəngi olan varsa sizdə mütləq həkimə müraciət edin! / Video



 16:20 17.03.2023     778

Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir. Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Erkən mərhələdə aşkarlandıqda müalicə ilə sağalma şansı yüksəkdir.

Ailəsində süd vəzi xərçəngi olan biri gələcəkdə süd vəzi xərçəngi olma ehtimalını dəyərləndirmək üçün genetik analiz verərək yoxlanıla bilər. 50-70 yaş arasında olan qadınlarda xüsusi ilə ən gec 3 il ara ilə mütamadi olaraq yoxlanılması məsləhət görülür.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova südvəzi xərçənginin genetik ola bilməsi barəsində ətraflı məlumat verir.

Onkoloq- Mammoloq Cərrah İndira Səfərova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ