Bu da OLDU: Quyruqlu yumurta... - VİDEO



 22:05 17.03.2023     518

Diyarbəkirdə səhər yeməyi üçün toyuq evindən yumurta çıxaran şəxs yumurtanın quyruğu olduğunu anlayıb.

Demedia.az xəbər verir ki, möhtəşəm quyruqlu yumurta görənləri təəccübləndirib.

Diyarbəkirin Çınar rayonunda tacir işləyən Beşir Akbuğa adlı vətəndaşın uşaqları səhər saatlarında səhər yeməyi üçün toyuq evinə gedib və yumurta almaq istəyərkən müxtəlif yumurtalara rast gəliblər. Yumurtanın yumşaq və quyruqlu olduğunu görən uşaqlar vəziyyəti atalarına çatdırıblar.

Diqqət çəkən yumurta haqqında Akbuğa daha əvvəl belə bir şeylə qarşılaşmadığını və bunun çox maraqlı olduğunu qeyd edib paylaşmaq istədiyini bildirib.

Aysun / Demedia.az