Görüntülər Türkiyədə ÇƏKİLDİ: Nəsil kəsilmək üzrədir...



 23:48 17.03.2023     555

Türkiyənin Tuncelidə mühafizə altında olan su samuru tutduğu balıqla Munzur çayına dalarkən cib telefonu kamerası ilə görüntülənib.

Demedia.az xəbər verir ki, Dünya Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) nəsli kəsilməkdə olan heyvanlar kateqoriyasına daxil olan su samuru tutduğu balıqla Münzur axınına dalarkən Vəli Arslan adlı vətəndaş tərəfindən cib telefonu kamerası ilə görüntülənib.

Munzur çayının sahilində olarkən su samurunu gördüyünü bildirən Arslan: “Sahildə bir müddət gözlədikdən sonra tutduğu balığı götürüb çaya dalaraq gözdən itdi. Həmin anları mobil telefonumun kamerası ilə lentə aldım. Mən onun qorunan və xüsusi bir növ olduğunu bilirəm. Bunu gördüyüm üçün xoşbəxtəm”.

Aysun / Demedia.az