Kamala Harris Afrikaya səfər etdi



 09:07 27.03.2023     301

ABŞ-ın vitse-prezidenti Kamala Harris Afrika turnesinə başlayıb.

Demedia.az xəbər verir ki, o, səfərin ilk dayanacağı olan Qanaya gəlib. Qananın paytaxtı Akkra şəhərində Harrisi yüksək vəzifəli şəxslər, həmçinin Qananın vitse-prezidenti Mahamudu Bavumia və xarici işlər naziri Şirli Ayorkor Boçvey qarşılayıblar. Harris hava limanındakı çıxışında bildirib ki, bu səfər ABŞ xalqı ilə Afrika qitəsində yaşayanlar arasında uzun və davamlı, eyni zamanda çox əhəmiyyətli əlaqələrin və dostluğun olduğunun növbəti ifadəsidir.

“Bu qitədə baş verənlərə baxanda təkcə bu qitənin insanları üçün deyil, bütün dünya xalqları üçün böyük bir fürsət görürəm. Xüsusilə qitədə sərmayələrin artırılması, iqtisadi böyümə və imkanların asanlaşdırılmasına yönəlmiş işlər aparmaq istəyirik” - Harris bildirib.

Qeyd edək ki, Kamala Harris Qanadan sonra Tanzaniyaya, daha sonra Zambiyaya gedəcək.

Bahadur Seyidov