Honduras Tayvanla diplomatik əlaqələri dayandırıb Çinlə anlaşdı



 11:01 27.03.2023     299

Mərkəzi Amerika ölkəsi Honduras Tayvanla diplomatik əlaqələri kəsdiyini elan etdikdən sonra Çinlə diplomatik əlaqələrə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib. Məlumata görə, Çinin xarici işlər naziri Çin Qanq və honduraslı həmkarı Eduardo Reina Pekində diplomatik əlaqələrin qurulmasına dair birgə bəyanatı imzalayıblar. Bəyanatda vurğulanıb ki, iki ölkə bir-birini qarşılıqlı şəkildə tanıyacaq və imzalandığı gündən səfirlər səviyyəsində diplomatik əlaqələr quracaq.

Hondurasın Xarici İşlər Nazirliyi də Hondurasın Tayvanla diplomatik əlaqələri kəsdiyini və  Çinlə diplomatik əlaqələrə başladığını elan edib.

Bahadur Seyidov