Keniya prezidenti müxalifləri etirazlara son qoymağa çağırdı



 11:30 27.03.2023     295

Keniya prezidenti Uilyam Ruto müxalifləri etirazlara son qoymağa və onu dəstəkləməyə çağırıb.

Demedia.az xəbər verir ki, o, Migori rayonunda keçirdiyi mitinqdə müxalifət lideri Raila Odinqadan nümayişləri dayandırmasını istəyib və ona keçmişdə dəstək verdiyini xatırladıb. 2007-ci il seçkilərində Odinqaya dəstək verdiyini və bunun bədəlini özü ödədiyini bildirən Ruto, növbəti seçkidə Odinqadan ona səs verməsini istəyib. Nümayişlərin şəhərdəki bütün iş sahiblərini çətin vəziyyətə saldığını deyən Ruto, “Vətəndaşları narahat etməyə son qoyun” deyə çağırış edib.

Qeyd edək ki, müxaliflər iqtisadi problemlərə etiraz edir.

Bahadur Seyidov