Qətər Danimarkada Quranın yandırılmasını pislədi



 11:45 27.03.2023     316

Qətər Danimarkada Quranın yandırılmasını pisləyib.

Demedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatında Kopenhagendə Qurani-Kərimə edilən hücum şiddətlə pislənib. Bildirilib ki, bu mənfur hadisə müqəddəs Ramazan ayında dünyada 2 milyarddan çox müsəlmanın dini hisslərini qızışdırır və təhrik edir. Qətərin Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, İfadə azadlığı zəminində Qurana yenidən hücuma icazə verilməsi zorakılıq və nifrətə səbəb olacaq. Bu isə sabitliyi poza bilər.

Bəyanatda, bütün dünyada müsəlmanları hədəf alan sistematik çağırışların davam etdiyi bir vaxtda İslama qarşı nifrət kampaniyalarının artdığı bildirilib və beynəlxalq ictimaiyyəti nifrət, ayrı-seçkilik, zorakılıq və təxribatların sona çatması üçün məsuliyyəti öz üzərinə götürməyə çağırılıb.

Bahadur Seyidov