Rusiya və Belarus nüvə silahı ilə bağlı razılığa gəldi - Putin



 12:14 27.03.2023     296

Rusiya Belarus ərazisində nüvə silahı yerləşdirəcək.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. Putin Rusiya və Belarusun nüvə silahı ilə bağlı razılığa gəldiyini açıqlayıb. Belarus ərazisində taktiki nüvə silahı yerləşdirəcəklərini bildirən Putin, Rusiyanın “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”ni pozmadan Belarus ərazisində nüvə silahı yerləşdirəcəyini bəyan edib. Putin Rusiyanın Belarusa taktiki nüvə silahı daşıya bilən 10 təyyarə göndərdiyi barədə məlumat paylaşıb.

“Biz Belarusa silah ötürmürük, ABŞ-ın Avropada etdiyi kimi, yerləşdiririk” – Putin deyib.

Bahadur Seyidov