İraq parlamenti mübahisəli seçki qanunu layihəsini təsdiq etdi



 14:58 27.03.2023     303

İraq parlamenti mübahisələrə səbəb olan yeni seçki qanunu layihəsini təsdiq edib.

Demedia.az xəbər verir ki, bu barədə parlamentdən yazılı açıqlama verilib. Məlumata görə, bununla da  qanun qüvvəyə minib. Bildirilir ki, İraq hökumətində təmsil olunan şiə, sünni və kürd partiyalarının hazırladığı yeni seçki qanunu ilə “çoxlu seçki dairəsi” sistemindən “qapalı siyahı və tək seçki dairəsi” sisteminə qayıdılacaq. Bəzi kiçik siyasi partiyalar və deputatlar bu tənzimləmənin hakim partiyaların xeyrinə olacağını əsas gətirərək buna qarşı çıxdılar.

Qeyd edək ki, siyasətdən uzaqlaşan siyasi lider Müqtəda əs-Sədr və Ayətullah Əli əs-Sistani yeni seçki qanununa qarşı çıxıb.

Bahadur Seyidov