Belə qəza GÖRÜLMƏYİB: "UÇAN AVTOMOBİL..."



 22:36 27.03.2023     451

ABŞ-da baş verən dəhşətli qəza sosial medianı silkələyib.

Demedia.az xəbər verir ki, Britaniya mətbuatı xəbəri öz oxucularına manşetlə təqdim edərkən, görüntüləri 10 milyondan çox insan izləyib.

Amerika Birləşmiş Ştatlarının Los-Anceles ştatında baş verən yol qəzası dünyanın gündəminə çevrilib. Sözügedən hadisənin görüntüləri izləyənləri heyrətə gətirib.

İlon Maskın istehsal etdiyi Tesla model elektrikli avtomobilin kamerasına əks olunan o anlar qara rəngli avtomobilin sol zolaqdan hərəkət etdiyi görülüb. Qara avtomobil zolağında normal hərəkət edərkən sağ zolaqda olan boz rəngli avtomobilin təkəri saniyələr ərzində qırılaraq qara rəngli avtomobilin altına düşüb.

Təkəri maşının altına düşən kimi havaya uçan qara rəngli avtomobilin həmin anları onun düz arxasında irəliləyən Tesla tərəfindən lentə alınıb. Qəribə hadisədən sonra Kaliforniya Yol Patrulunun sözçüsü sürücünün yüngül xəsarət aldığını bildirib.

Aysun / Demedia.az