“Qərb ölkələrinin reaksiyası Rusiyanın planlarına təsir etməyəcək” - Peskov



 12:45 28.03.2023     310

“Qərb ölkələrinin reaksiyası Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək”.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, jurnalistlərə açıqlamasında xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib. Qərb ölkələrinin buna mənfi reaksiya verdiyini qeyd edən Peskov, "Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz" deyə bildirib.

Peskov Şimal axını 1 və 2 təbii qaz boru kəmərlərində baş verən partlayışlara da toxunaraq “Məlumatlar kritik infrastruktura qarşı bu genişmiqyaslı təxribat və terror aktının arxasında bəzi dövlətlərin və özəl xidmətlərin olduğunu göstərir” deyib.

Bahadur Seyidov