Avstraliyada 8 milyona yaxın istifadəçisinin məlumatları ələ keçirildi



 14:46 28.03.2023     311

Avstraliyada “Latitude Financial” maliyyə xidmətləri şirkətinin 8 milyona yaxın istifadəçisinin məlumatları kiberhücum nəticəsində ələ keçirilib.

Demedia.az xəbər verir ki, “ABC News” belə məlumat paylaşıb. “Latitude Financial” hakerlərin kiberhücumunda oğurlanan həssas şəxsi məlumatlarla bağlı açıqlama verib. Məlumata görə, oğurlanan məlumatlara Avstraliyadan və Yeni Zelandiyadan 7,9 milyon istifadəçinin sürücülük vəsiqəsi, 53 min pasport nömrəsi və 100-ə yaxın müştərinin aylıq maliyyə məlumatları daxildir.

Bundan başqa, açıqlamada ən son 2005-ci ilə aid olan daha 6,1 milyon məlumatın oğurlandığı və oğurlanmış sənədləri əvəz etmək istəyənlərə kompensasiya veriləcəyi bildirilib.

Bahadur Seyidov