Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən istifadə edir



 15:14 28.03.2023     350

Avropa İttifaqı Rusiyanın təxminən 200 milyard dollarlıq dondurulmuş aktivlərinin idarə edilməsini və əldə edilən gəlirlərin Ukraynanın bərpasına sərf olunmasını özündə əks etdirən plan hazırlayıb.

Demedia.az xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb. Bildirilir ki, Avropa İttifaqı Rusiya aktivlərinə, o cümlədən müharibə səbəbindən dondurulmuş mərkəzi bank ehtiyatlarına investisiya etməyi düşünür. Bu resursla Avropa İttifaqı Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün hüquqi variantları araşdırır. Məlumata görə, seçimlərə Rusiya aktivləri ilə investisiya edilməsi və əldə edilən gəlirdən Ukraynada istifadə edilməsi daxildir.

Avropa İttifaqı Komissiyası sanksiyalarla dondurulmuş Rusiya Mərkəzi Bankına məxsus aktivlərin əməliyyatından təxminən 2,6 faiz gəlir əldə etməyi nəzərdə tutur. Bununla bağlı məsələləri araşdırmaq üçün işçi qrupu yaradılıb.

Bahadur Seyidov