İordaniya Danimarkada Quranın yandırılmasını qətiyyətlə pislədi



 16:00 28.03.2023     417

İordaniya Danimarkada Quranın yandırılmasını qətiyyətlə pislədiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi yazılı açıqlama verib. Bildirilib ki, İordaniya Danimarkanın paytaxtı Kopenhagendə Quranın yandırılmasını şiddətlə qınayır. Açıqlamada deyilir ki, bu hücum müsəlmanların dini hisslərini təhrik edən qəbuledilməz, irqçi hərəkətdir. Bəyanatda vurğulanıb ki, təhlükəli nifrət əməllərindən olan, zorakılığı təşviq edən və dinləri təhqir edən islamofobiya təzahürü olan hücum heç vaxt ifadə azadlığı kimi qəbul edilə bilməz.

Açıqlamada qeyd edilir ki, dinc həyatı təhdid edən, zorakılıq və nifrəti alovlandıran bu məsuliyyətsiz davranışlara son qoyulmalıdır.

Bahadur Seyidov