İsveçrə nüvə silahları ilə bağlı çağırış etdi



 17:39 28.03.2023     514

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etdikdən sonra İsveçrə nüvə silahları ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi sosial media hesabında paylaşım edib. “Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırması ilə bağlı xəbərlərə əsaslanaraq, İsveçrə nüvə silahı ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırır”, - açıqlamada deyilir. Açıqlamada qeyd edilir ki, nüvə müharibəsinin qalibi ola bilməz. İsveçrə gərginlikdən qaçınmaq üçün çağırış edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.

Bahadur Seyidov