BMT Təhlükəsizlik Şurasının strukturunda islahat aparılması barədə çağırış edildi



 14:56 28.03.2023     272

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının strukturunda islahat təklifi ilə bağlı iş aparılır.

Demedia.az xəbər verir ki, Türkiyə də daxil olmaqla, “Konsensus üçün birlik” qrupuna üzv ölkələr Romada bir araya gələrək BMT-ni təcili islahatlara çağırıblar. “Konsensus üçün birlik” qrupuna daxil olan 13 ölkə hesab edir ki, Təhlükəsizlik Şurasında islahatların aparılması vacibdir. İtaliya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, görüşdə BMT Təhlükəsizlik Şurasının islahat təklifinin əsas prinsiplərinin daha yaxşı tətbiqi məsələsi müzakirə olunub.

Bəyanatda Təhlükəsizlik Şurasının hazırkı statusunun İkinci Dünya Müharibəsindən sonrakı tarixi şərtlərə əsaslandığı xatırladılıb və bildirilib ki, davam edən böhranlar və artan münaqişələr səbəbilə üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirə bilən Təhlükəsizlik Şurasına ehtiyac var. 193 üzvdən 60-nın indiyədək BMT Təhlükəsizlik Şurasında fəaliyyət göstərmədiyi diqqətə çatdırılaraq, Şurada ədalətli coğrafi bölgünün təmin edilməsinin vacibliyi qeyd edilib.

Bahadur Seyidov