Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ciddi narahatlıq doğurur - BMT



 15:24 28.03.2023     290

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ciddi narahatlıq doğurur”.

Demedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomez nüvə silahlarının yayılması ilə bağlı danışarkən belə deyib. O bildirib ki, Nüvə silahlarının yayılması ciddi narahatlıq doğurur. Qomezin sözlərinə görə, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmək hər bir üzv dövlətin məsuliyyətidir. BMT Baş katibinin sözçüsü Stefane Dujarrik isə qeyd edib ki, bütün üzv dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidirlər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.

Bahadur Seyidov