Rusiya Yapon dənizində raket sınağı həyata keçirdi



 16:59 28.03.2023     298

Rusiya Yapon dənizində raket sınağı həyata keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, Sakit Okean donanmasının gəmiləri Yapon dənizindəki Böyük Pyotr körfəzində “Moskit” gəmi əleyhinə qanadlı raketləri sınaqdan keçirib. Bildirilib ki, iki gəmi şərti düşməni təmsil edən hədəfə birgə raket hücumu təşkil edib. 100 kilometr uzaqlıqdakı düşmən hədəfi iki “Moskit” raketi ilə uğurla vurulub.

Yaponiya Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama verib. Məlumata görə, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 700 kilometr aralıda, körfəzdə raket sınağı həyata keçirilib. Tokioda keçirdiyi mətbuat konfransında xarici işlər naziri Yoşimasa Hayaşi bəyan edib ki, Moskva Ukraynaya qarşı təcavüzünü davam etdirməklə yanaşı, Uzaq Şərqdə də fəaliyyətini gücləndirir.

Bahadur Seyidov