Hamiləlikdə suçiçəyi olduqda abort etdirmək lazımdır? / Video



 15:41 28.03.2023     1420

Su çiçəyi virusu herpes virusu ailəsinə aiddir və insandan insana hava damcı yolu ilə ötürülür. Xəstə insan inkubasion dövrün sonundan yəni səpgilərin yaranmasına 2 sutka qalmış artıq ətrafdakılar üçün təhlükədir. Bu dövr prodromal dövr adlanır və baş ağrı, titrətmə, beldə və əzələlərdə ağrı ilə xarakterizə olunur.

 

Hamilə qadınlar üçün xəstəliyin ən təhlükəli fəsadı su çiçəyi pnevmoniyasıdır. Su çiçəyi hamiləlikdə keçirilərsə uşaqda bəzi fəsadlar mümkündür. Bu hamiləlik dövründən asılıdır. Ümumiyyətlə bunu qeyd edim ki, 97 % hallarda döldə heç bir fəsad görülmür. Hamiləliyin son trimestrində ana su çiçəyi keçirərsə yenidoğulmuşda su çiçəyi olması mümkündür. Birinci və ya ikinci trimestrda su çiçəyi fetal anomaliyalara səbəb ola bilər.

Ginekoloq Şəhla Hüseynova hamiləlikdə suçiçəyinə yoluxduqda nələr baş verdiyi barədə videoda ətraflı məlumat verir

Ginekoloq Şəhla Hüseynova kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük:

Aysun Həsənova / DEMEDİA.AZ