Başı, biləyi kəsilmişdi, cinsiyyət orqanı isə... - Bakıda dəhşətli cinayətin təfərrüatı



 16:06 28.03.2023     435

Hiyləgər və gic sevgili ermənilər

Baş vermis hər bir qətldə istintaqın birinci vəzifəsi öldürülən şəxsin, yaxud şəxslərin şəxsiyyətinin müəyyən edilməsidir. İstintaq məhz bu mərhələni keçdikdən sonra digər məqamlar araşdırılmağa başlanır. İndi bir anlıq düşünək ki, meyitin üstündə sənədi tapılmır, başı bədənindən ayrılıb və baş yoxdu, meyitin üstündə də heç bir xüsusi əlamətə rast gəlinmir. Bax, istintaqı aparanların məşəqqətli işi bundan sonradır. Bu istintaqımız da belə bir meyitin tapılması ilə başlayır. Naməlum meyit 1970-ci illərin əvvəllərində Bakının şəhərkənarı qəsəbələrinin birində, Neftçıxarma idarəsinin yaxınlığındakı neft buruqlarının arasında başı, biləyi və tənasülü kəsilmiş, büsbütün soyundurulmuş kişi cəsədi tapılır. İstintaq qrupu hadisə yerinə yollanır, məkan diqqətlə nəzərdən keçirilir. Cəsədin həndəvərində nə kəsilmiş bədən hissələrinə, nə də pal-paltara rast gəlinir. Başı, biləyi kəsilmiş meyitin şəxsiyyətinin təyin edilməsi müşkül işə çevrilir. Etiraf eləmək lazımdı ki, elə müşkül də iş idi. Ona görə də, meyitin tapılmasından bir aya yaxın vaxt keçməsinə baxmayaraq, Bakı şəhəri, Kirov rayon prokurorluğunun müstəntiqi öldürülmüş adamın şəxsiyyətini müəyyən edə bilmirdi. O vaxt mərhum Oqtay Qasımov Bakı şəhər prokurorluğunda baş müstəntiq vəzifəsində işləyridi. Cinayət işinin gələcək istintaqı də ona tapşırılır.

İtkin düşənlər

Həmin ərəfədə şəhərdə itkin düşmüş Hacıyev və Əmircanov soyadlı iki nəfər axtarılırdı. İstintaq hər iki şəxsin ailə üzvlərini tapılmış cəsədi tanımaq üçün dəvət elədi. Yox, tapılmış meyit nə Hacıyevin, nə də Əmircanovun meyiti idi. Bu arada daha bir itkin düşmüş şəxslə bağlı milisə məlumat daxil oldu. İtmiş şəxs Danilyan Boris Aramoviç idi. Ərizəylə müraciət eləyən Danilyanın həyat yoldaşı Qalina Abramyan ərinin bir neçə gün əvvəl işdən evə qayıtmadığını deyir. Təbii ki, tapılmış cəsəd tanınmaq üçün ona da göstərilir. Ancaq Abramyan da meyitin onun ərinə məxsus olmadığını deyir. Müstəntiqin “ərinizin bədənində hansısa əlamət vardımı” sualına da itkin düşmüş kişinin qadını “yox” cavabını verir. İşlər həqiqətən də artıq get-gedə düyünə düşürdü. Əldə Bakı şəhərində Hacıyev, Əmircanov və Danilyan soyadlı üç itkin düşmüş şəxslə bağlı məlumat vardı, ancaq tapılan meyit bunların heç birinin meyiti deyildi.

İpucu tapılır

Bir məqam baş müstəniq Oqtay Qasımovun diqqətini cəlb eləyir. Cəsəd itkin düşmüş Danilyanın yaşadığı evin yaxınlığında tapılmışdı. O, Danilyanın şəxsiyyətini öyrənmək üçün cəhdlər eləyir, onun həyat tərzi ilə maraqlanır, qohumlarını və qonşularını dindirir. Məlum olur ki, Danilyan rayon telefon qovşağında işləyirmiş. Avara həyat tərzi sürəniymiş. Qazandığı 3-5 manat pulu sərxoşluğa xərcləyər, hərdən heç evə yatmağa belə gəlməz, hər gələndə də arvadı ilə dava-dalaş salarmış. Bunu milis şöbəsindən alınan məlumat da təsdiq edirdi. Baş müstəntiq tapılmış cəsədin Danilyana məxsus olmasını sübuta yetirmiş olsaydı, artıq istintaq ölü nöqtədən tərpənə bilərdi. İş yoldaşlarının və qonşuların ifadələrindən ona bəlli olmuşdu ki, Danilyanın hər iki biləyində fərqləndirici nişanələr olub. Onun bir biləyində döymə ilə soyadı, adı və atasının adının baş hərfləri yazılıbmış: DBA! Digər biləyində isə köhnə yara izi varmış. Ona görə də cəsədin kəsilmiş bədən hissələri və başı tapılmlı idi.

Təmizləmə işi

Oqtay Qasımov o, vaxtkı Kirov rayonu Neft və qazçıxarma idarəsinin rəisi Nəzərovun yanına gedir və ondan cəsədin tapıldığı yerin yaxınlığında köhnə neft quyularında təmizləmə işi aparılmasını xahiş edir. Təmizləmə işi nəticəsində köhnə, işləməyən quyuların birində həsir zənbildə insan biləyi və kəsilmiş baş tapılır. Hadisə yerinə təcili olaraq məhkəmə-tibb eksperti Qlazov gəlir. Qlazov elə yerindəcə spirtlə tapılmış biləklərin birini silir və biləkdəki döymə yazını hamı görür: “DBA”! Bura Danilyanın arvadı Abramyan da dəvət olunur və üzərində yazı olan bilək ona göstərilir. Abramyan biləyin ərinə məxsus olmasını təsdiqləyir və əlavə onu da bildirir ki, rayon müstəntiqi işin istintaqı zamanı cəsədin özünü deyil, foto şəklini ona göstərdiyindən meyitin ərinə məxsus olmasını tanımayıb. Halbuki o, ərində heç bir əlamətdar nişanələr olmamasını demişdi. Cinayətin törədilməsinə gedən yol addımbaaddım aydınlaşırdı. Qətlə yetirilmiş adamın şəxsiyyəti müəyyənləşmişdi. Ekspert biləyin və başın tanınmaz vəziyyətə salınmış cəsədə məxsus olduğunu təsdiq etdikdən sonra heç bir şəkk yer qalmırdı. Bundan əlavə meyitin ağzında ağ metaldan diş vardı. İstintaq zamanı diş həkimi də dindirilir və o da Danilyanın ağzındakı ağ metaldan olan dişin onun tərəfindən salınmasını təsdiq edir. Bütün bunlar cəsədin Danilyana məxsus olmasına yönəldilmiş istintaq hərəkətləri idi. Qalırdı, qatilin kim olmasına cavab tapmaq!

Qatil tapıldı!

Baş müstəntiq Oqtay Qasımov artıq kələfin ucunu tapdığına əmin idi. Məsələ bundaydı ki, ifadəsi alınan qonşuların əksəriyyəti demişdilər ki, Danilyanın arvadı qonşu Ayrapetyanın məşuqəsidir. Təbii ki, Danilyanın ölümü onların görüşməyinə geniş imkanlar yaradardı. Ancaq bu, ittiham üçün tam əsas vermirdi. İşi davam etdirmək lazım idi. Cinayət işində ən mühüm mərhələ cinayətkarın etiraf ifadəsini almaqdır. Buna nail olmaq lazım idi. Bunun üçün xüsusi taktiki plan cızılmalı, Ayrapetyan və Abramyanla işlənilməli idi. Bu məqsədlə Ayrapetyan milis şöbəsinə çağırılır. Baş müstəntiq şübhəli şəxsin milis şöbəsində dindirilməsinin psixi cəhətdən necə təsirli olduğunu gözəl bilirdi. Milis şöbəsində Danilyanın öldürülməsi, arvadı ilə əlaqədə olması və digər məsələlərlə bağlı altı saatlıq dindirmədən sonra, səhər saat 9-da yenidən milis şöbəsində olması şərtiylə Ayrapetyan gecə saat 23 radələrində evə buraxılır. Səhər saat 9-da Ayrapetyan artıq milis şöbəsindəydi. Qorxduğu açıq-aydın hiss olunurdu. Elə bilirdi ki, onun qatil olması artıq istintaqa məlumdur. Və Ayrapetyan danışmağa başlayır. Ayrapetyanın ifadələrindən aydın olur ki, o, bir neçə aydır qonşusu Danilyanın arvadı Abramyanla, necə deyərlər, aşiq-məşuqdurlar. Gələcəkdə Danilyan onların bu münasibətlərinə maneçilik etməsin deyə, Ayrapetyan məşuqəsiylə birlikdə Danilyanı öldürmək qərarına gəlir. Bu iki manyakın sevgisinin gücünə bax ki, hətta qadın əri öldükdən sonra Ayrapetyana sadiq qalacağı haqqında yazılı iltizam da verir. Ayrapetyan törətmiş olduğu cinayəti etiraf etdikdən sonra Abramyanın ona verdiyi iltizamı da istintaqa verir. İltizam erməni dilində olur. Bu dırnaqarası sadiqlik əhdinin məhz Abramyan tərəfindən yazılmasını təsdiq etmək üçün məhkəmə xətt ekspertizası təyin edilir. Ekspert təsdiq edir ki, ehtiraslı cümələlərlə dolu iltizam məhz Danilyanın arvadı Abramyan tərəfindən yazılıb.

Qətl belə törədilib!

Aşiq-məşuq, ya manyak cütlük deyək, bu qətli belə törətmişidlər. Onlar Danilyanı öldürmək qərarına gəldikdən sonra onun işdən gəlməsini gözləyirlər. Bu zırrama da həmişəki kimi bu dəfə də sərxoş vəziyyətdə evə qayıdanda onu həyətdəki hamama salıb, orada başına çəkiclə vuraraq qətlə yetirirlər. Meyidi hamamda qoyurlar ki, axşam aparıb basdırsınlar. Ancaq hava qaralanda meyiti basdırmaq üçün hamama gəlsələr, nə görsələr, yaxşıdı? Görürlər ki, Danilyan başından aldığı çəkic zərbəsindən ölməyib, yalnız huşunu itiribmiş. Adam sonra özünə gəlib, hamamdan çıxmaq istəyib, yəqin qapını tapa bilmədiyindən pencəyini çıxarıb başının altına qoyub mışıl-mışıl yatıb. Onlar bu dəfə zavallını boğub öldürürlər. Danilyanı boğub öldürdükdən sonra meyidini hamamdan çıxarıb evlərindən 150 metr aralıqda neft buruqlarının arasında basdırırlar. Bəs Danilyanın başını, biləklərini, tənasülünü kim kəsib? Məsələ bundadı ki, Danilyanın ölümündən bir neçə gün sonra Abramyan ərinin itməsi haqqında milis şöbəsiylə yanaşı onun yaxın qohumlarına da xəbər veribmiş. Ona təsəlli verməyə gələn qonaqlardan biri – milis serjantı, guya biliyini nümayiş etdiri və deyir ki, narahat olmayın, mənim əmimoğlu Danilyan öldürülübsə, onun meyidi tapılanda gözlərində şəkili qalmış caninin kim olmasını dərhal müəyyən edəcəklər.

Müsəlman olmadığı bilinməsin…

Belə dəhşətli dırnaqarası ixtiradan təşvişə düşən sevgililər həmin gecə, qonaqlar çıxıb gedəndən sonra Danilyanı basdırıldığı yerdən çıxarırlar, təzədən hamama gətirirlər və orada qollarını biləkdən, başını və tənasülünü kəsib meyidi əvvəlki yerdə basdırırlar. Kəsilmiş hissələri isə zənbilə qoyub yaxınlıqdakı köhnə neft quyusuna tullayırlar. Etiraf eləyək, bu məqamda erməni gicliyi ilə yanaşı, bir erməni biclyi də var. Müstəntiq soruşur ki, bəs tənasülünü niyə kəsdiniz. Üzr istəyirəm deyəcəm. Ayrapetyanın cavabına baxın: dedik ki, tapılsa, qoy erməni, ya müsəlman olmağı bilinməsin…

İlham Tumas

Yazı İTV-də yayımlanan “istintaq davam edir” layihəsinin materialları əsasında hazırlanıb. Filmə bu linkdən baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=LcLqW1M_CE8