Futbol tarixində bir ilk! - Lionel Messi üçün inanılmaz müqavilə



 22:06 28.03.2023     456

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında ölkəsini qələbəyə aparan Lionel Messi Paris Saint-Germain-də pis günlər keçirir.

Demedia.az xəbər verir ki, Fransa yığması liqanın lideri olmasına baxmayaraq, əsas hədəfi olan Çempionlar Liqası ilə son 16 turda vidalaşıb. Paris Saint-Germain 1/8 finalda qarşılaşdığı "Bavariya" ilə vidalaşıb.

2021-ci ilin avqustunda "Barselona"dan Paris Saint-Germain-ə keçən argentinalı superulduzun müddəti bu mövsümün sonunda başa çatacaq.

Həm klub tərəfinin, həm də Messinin yeni müqavilə imzalamağı düşünmədiyi iddia edilir.

Bu yaxınlarda Səudiyyə Ərəbistanına gedən Lionel Messinin atası Xorxe Messi "Əl Hilal" klubunun rəsmiləri ilə görüşüb. Xorxe Messi Əl Hilal rəsmiləri ilə görüşdükdən sonra İspaniyaya qayıtmışdı.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, Səudiyyə Ərəbistanı komandası argentinalı super ulduza Kriştiano Ronaldonun “Əl Nəsr”dən qazandığından daha çox təklif edib.

Nəhayət, İspaniyanın yüksək tirajlı qəzetlərindən biri olan “Sport” təəccüblü iddia ilə çıxış edib. Lionel Messinin növbəti dayanacağı ola biləcək ölkələrdən biri kimi ABŞ göstərilir. Buna görə də MLS klubları öz aralarında qərar verib. Alınan bu qərara görə; 35 yaşlı ulduzun hansı komandanı seçməsindən asılı olmayaraq, bütün MLS komandaları maaşının bir hissəsini ödəməyə kömək edəcək.

Çünki klublar Lionel Messinin MLS-ə transferinin liqanın dəyərini çox yüksəldəcəyinə inanırlar.

Xüsusilə əfsanəvi britaniyalı Devid Bekhemin sahibi olduğu "İnter Mayami" argentinalı ulduzu transfer etməyi planlaşdırır.

Aysun / Demedia.az